• C. Dek 26th, 2025

Türkiyənin zəlzələ bölgəsindən sonuncu təxliyə avtobusu Azərbaycana yola düşüb

Byadmin

Mar 10, 2023

Bu gün axşam saatlarında (təqribən 18:00) Türkiyənin zəlzələ bölgəsindən sonuncu təxliyə avtobusu Azərbaycana yola düşüb.

Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.

Onun sözlərinə görə, Adana Avtovağzalından yola düşən sonuncu təxliyə avtobusundakı həmvətənlərimizin konkret sayı barədə əlavə məlumat veriləcək.