• Be. Noy 25th, 2024

TÜRKPA-nın komissiya sədri: “Heç bir dövlət ekoloji terrora səssiz qala bilməz”

ByYenigun.news

Mar 6, 2023

“Heç bir dövlət başqa bir ölkənin ərazisində ekoloji terrorun davam etməsini istəməz və ona səssiz qalmaz”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın TÜRKPA-dakı nümayəndə heyətinin üzvü, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov qurumun Bakıda keçirilən səkkizinci komissiya iclası zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan torpaqları uzun illər işğal altında qalıb:

“44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad edib. Ermənilər işğal dövründə Azərbaycanın milli-mədəni irsini məhv etməklə yanaşı, həmçinin Azərbaycana ekoloji cəhətdən də böyük ziyan vurublər. Ermənilər işğaldan sonra belə, ekoloji terrora davam etməyə cəhd edirlər. Azərbaycanlılar bu ekoloji terrora son qoyulması üçün 85 gündür, etiraz edirlər. Hesab edirəm ki, TÜRKPA-ya üzv dövlətlər də bu məsələdə bizə dəstək verəcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir