• Şb. Noy 23rd, 2024

Ukrayna ekspertləri Ermənistanın Rusiyaya qırıcı göndərməsini şərh edib – VİDEO

ByYenigun.news

Mar 30, 2022

Ermənistanın Rusiyaya Ukraynada müharibə apardığı bir vaxtda göndərdiyi dörd ədəd “Su-30” bombardmançı təyyarə dünya ictimaiyyətinin sərt qınağına tuş gəlib. 

Belə ki, Ukrayna müharibəsində Rusiya Ordusuna Ermənistanın dəstəyi birmənalı olaraq irticaçı missiya kimi qiymətləndirilir. 

Hərbi ekspert Aleksandr Kovalenko deyir ki, bu fakt reallaşsa, Ermənistan sanksiyalara məruz qala bilər.

“Ermənistan-Azərbaycan münaqişəsi fonunda bu qərar minimum Qərbə, maksimum öz xalqına qarşı xəyanət kimi qiymətləndirilə bilər”, – bunu isə digər hərbi ekspert Dmitri Qromakov deyib. 

“Qonşu ölkə ilə münaqişə şəraitində olan bir ölkənin öz qırıcılarını başqa ölkəyə verməsi hərbi cinayətdir. Əslində, bu qırıcılar müharibənin gedişatına təsir etməyəcək və Rusiyanı yaranmış vəziyyətdən çıxarmayacaq”, – deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir