• Be. Dek 22nd, 2025

Ukrayna Prezident Ofisi: “Rusiya hərbi, iqtisadi və coğrafi baxımdan itirir” – FOTO

Byadmin

Apr 17, 2022

“Rusiya hərbi, iqtisadi və coğrafi baxımdan itirir”.

Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak “Twitter” səhifəsində yazıb.

Onun fikrincə, Rusiya Prezidenti Vladimir Putinin Moskvanın müharibədə qalib gələcəyi ilə bağlı yanaşması əsassızdir.

“Putin Ukraynadakı müharibədə qalib gələcəyinə inanır. Belə miqyaslı illüziyalar isə həmişə faciəyə gətirib çıxarır. Rusiya hərbi, iqtisadi və coğrafi baxımdan itirir”, – M.Podolyak bildirib.