Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanayevski Azərbaycan əsilli Ukrayna vətəndaşı Rafael Ağayevin Mariupol şəhəri uğrunda gedən döyüşlərdə həlak olması ilə bağlı başsağlığı verib.
Diplomat başsağlığı mesajını feysbuk səhifəsində paylaşıb.
“Pizza Veterano” pizza kafeləri şəbəkəsinin həmtəsisçisi Azərbaycan əsilli Ukrayna vətəndaşı Rafael Ağayev Mariupol şəhəri uğrunda gedən döyüşlərdə həlak olub. O, Qəhrəman Dəniz Korpusunun bölməsinin tərkibində şəhəri müdafiə edirdi. Onun xatirəsi əbədi yaşayacaq”, – deyə səfir bildirib.