Ukraynanın dünya şöhrətli şairi Taras Şevçenkonun heykəli Rusiya hərbçiləri tərəfindən güllələnib.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski sosial media hesabından paylaşım edib.
Diplomat eyni zamanda məşhur azərbaycanlı vokalist Bülbülün Şuşada ermənilər tərəfindən güllələnən heykəlinin də görüntüsünü payalşıb və bu iki oxşar hadisəni biri-biri ilə əlaqələndirib.
“Yeni azad edilmiş Kiyev vilayətində (Borodyanka ş.) Taras Şevçenkonun işğalçılar tərəfindən güllələnmiş büstü və Qarabağın (Şuşa ş.) azad edilməsindən əvvəl Bülbülün büstü”, – deyə o qeyd edib.
Yeni azad edilmiş Kiyev vilayətində (#Borodyanka ş.) Taras Şevçenkonun işğalçılar tərəfindən güllələnmiş büstü və Qarabağın (#Şuşa ş.) azad edilməsindən əvvəl Bülbülün büstü.#Ukrayna #Azərbaycan #StopRussianAggression pic.twitter.com/yl8SfTZdq3
— Vladyslav Kanevskyi (@V_Kanevskyi) April 5, 2022