• Ça. Fev 3rd, 2026

Ukraynalı nazir: “İşğalçılar Xersondakı azərbaycanlıları Krıma deportasiya edəcəklər”

Byadmin

Mar 26, 2022

“Xersondakı Rusiya işğalçıları azərbaycanlılar, ermənilər və Mesxeti türklərinin deportasiyasına hazırlaşırlar. Onları Krıma aparmaq istəyirlər”.

Bu sözləri Ukrayna baş nazirinin müavini, Reinteqrasiya naziri İrina Vereşşuk deyib.

“Əldə olan məlumata görə, işğalçılar nümayiş xarakterli aksiya planlaşdırıblar. Xersondan Ukraynanın işğal olunmuş Krım bölgəsinə etnik azərbaycanlı, erməni və Mesxeti türklərini məcburi şəkildə deportasiya etməyə hazırlaşırlar”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu addımlar cinayət xarakteri daşıyır.

Mənbə: RBK Ukrayna