• Ç. Dek 24th, 2025

Ukraynanın yeni səfiri Azərbaycana gəlib – FOTO

Byadmin

Apr 23, 2024




Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuri Qusev Bakıdadır və artıq fəaliyyətə başlayıb.

Bununla bağlı ukraynalı səfir “X” hesabında bildirib.

Diplomat Azərbaycanda missiyasının ilk günündə Bakıda keçirilən Dünya Kubokunun mərhələsində uğurla çıxış edən ukraynalı bədii gimnastika komandası ilə görüşdüyünü vurğulayıb.

Xatırladaq ki, Ukraynanın bundan əvvəlki səfiri Vladislav Kanevskinin səlahiyyət müddəti bu il bitib.