• C. Dek 26th, 2025

ÜST rəhbəri Bakıdan dünya ölkələrinə səsləndi

Byadmin

Mar 10, 2023

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Bakıdan dünya ölkələrinə müraciət edib.

“Report”un xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus X Qlobal Bakı Forumu çərçivəsində “Yeni qlobal səhiyyənin qurulması strukturu: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” mövzusunda keçirilən növbəti panel iclasa ünvanladığı videomüraciətində səsləndirib.

“Hazırda minilliyin hədəflərindən uzaqlaşmışıq. Bizim təşkilat 5 prioritet təklif (təşviq, təminat, qoruma, səlahiyyətləndirmə, icra) edir. Biz bütün ölkələri həmin təklifləri yerinə yetirməyə çağırırıq. Xəstəlik iş yerlərindən başlayır”, – deyə o vurğulayıb.