“Artıq Azərbaycanda pandemiya ən aşağı səviyyəyə enib və yoluxma halı da çox azdır”.
“Report”un xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
Onun sözlərinə görə, dünyada bir milyard nəfər hələ də peyvənd edilməyib:
“Afrikada vaksin edilmiş əhali çox aşağı saydadır”.