Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüge Azərbaycana səfər edəcək.
Yenigun.news xəbər verir ki, bunu təşkilatın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.
O, ÜST-ün regional direktorunun yaxın zamanlarda bölgəyə səfərinin nəzərdə tutulduğu barədə məlumat verib.