“Heydər Əliyev doğma ölkəsinin çiçəklənməsi və inkişafı üçün çalışıb”.
“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya nəqliyyat nazirinin müavini Valentin İvanov Moskvada “Heydər Əliyevin Baykal-Amur magistral (BAM) xəttinin tikintisində müstəsna rolu” mövzusunda keçirilən tədbirdə deyib.
O xatırladıb ki, bu il Azərbaycan SSRİ-nin rəhbəri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur:
“O, həm də Baykal-Amur magistralının tikintisinə rəhbərlik edən şəxslərdən biri olub. Heydər Əliyevin səyləri nəticəsində minlərlə kilometr dəmir yolu xətti çəkilib, yeni qəsəbələr və şəhərlər salınıb”.
“Bu gün BAM və Trans-Sibir həyat yollarıdır. Onlar aktiv inkişaf edir və 100 faiz istifadə olunur. Biz BAM-ı inkişaf etdirməyə davam edəcəyik”, – nazir müavini bildirib.
O, həmçinin BAM-ın inşaatçılarına və təşkilatçılarına minnətdarlığını ifadə edib.