• Ça. Noy 26th, 2024

“Vaqner” qiyamı ilə bağlı son qərar verildi

ByYenigun.news

İyn 27, 2023


Rusiya Federal Təhlükəsizlik Xidmət (FTX) “Vaqner” özəl hərbi şirkətinin iyunun 23-də başlayan silahlı qiyamı ilə bağlı işin istintaqını bu gün dayandırıb.

Bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.

“FTX-nin İstintaq İdarəsi tərəfindən iyunun 23-də silahlı üsyan faktı üzrə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 279-cu maddəsi ilə başlanmış cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, iyunun 24-də onun iştirakçıları bilavasitə cinayət törətməyə yönəlmiş hərəkətləri dayandırıblar. Bu və istintaq üçün əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq, iyunun 27-də istintaq orqanı cinayət işinə xitam verilməsi barədə qərar qəbul edib”, – deyə qurumdan bildirilib.

Xatırladaq ki, bir gün öncə RF Baş Prokurorluğundakı mənbə Priqojinin qiyamı ilə bağlı cinayət işinin ləğv olunmadığı barədə xəbər vermişdi.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir