• C. Dek 26th, 2025

Vayra Vike-Freyberqa: “Forumun ildən-ilə böyüməsindən məmnunluq duyuruq”

Byadmin

Mar 9, 2023

“Mən əvvəldən Qlobal Bakı forumlarında olmuşam. Forumun ildən-ilə böyüməsindən və Prezident İlham Əliyev tərəfindən dəstək almağa davam etməsindən məmnunluq duyuruq”.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviya Respublikasının sabiq Prezidenti (1999-2007) Vayra Vike-Freyberqa söyləyib.

Foruma cəlb edilən qonaqların çox yüksək səviyyəli olduğunu vurğulayan Vayra Vike-Freyberqa deyib:

“Bu Forum Nobel mükafatı laureatlarını, Birləşmiş Millətlər Təşkilatının və onun törəmə qurumlarının nümayəndələrini, sabiq prezidentləri, Baş nazirləri, müxtəlif ölkələrin nazirlərini və prezidentləri bir araya gətirir”.