“Azərbaycanın enerji daşıyıcıları Avropaya hər hansı siyasi təzyiqdən azad alternativ tədarük mənbəyinə çevrilib”.
“Report” xəbər verir ki, bunu Latviyanın keçmiş prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa IX Qlobal Bakı Forumunda deyib.
“Rusiya öz enerji daşıyıcılarından siyasi təzyiq aləti kimi istifadə edir”, – deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycan həmçinin “yaşıl”, bərpa olunan enerji növlərinin habına çevrilməkdədir:
“Bərpa olunan enerji növləri gələcəyimizdir. Azərbaycan təkcə malik olduğu təbii resurslara və ənənəvi enerji daşıyıcıları ehtiyatlarına arxalanmır, həm də yeni texnologiyaların işlənməsinə böyük investisiyalar qoyur, bu isə planetimiz üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir”.