“BMT Azərbaycan ilə əməkdaşlığı gücləndirmək niyyətindədir”.
“Report” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Ağdamda keçirilən Azərbaycan-BMT tərəfdaşlığı üzrə yüksək səviyyəli strateji məsləhətləşmələr zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan ilə BMT arasında əməkdaşlığın prioritetləri Dayanıqlı İnkişaf Məqsədləri (DİM), ətraf mühitin mühafizəsi, gender bərabərliyi məsələləridir.
BMT ötən il Azərbaycanda müxtəlif layihələrin icrasına 37 milyon ABŞ dolları xərcləyib.
“Mina problemi də əməkdaşlığımızın mühüm sahələrindən biridir. BMT Azərbaycanı bundan sonra da dəstəkləməkdə davam edəcək”, – Vladanka Andreyeva bildirib.