“Bugünkü dünya çox fərqli vəziyyətlə qarşı-qarşıyadır. BMT kimi müvəffəqiyyətli olmayan qurumlar var. Düşünürəm ki, BMT iki yerə bölünməlidir”.
“Report”un xəbərinə görə, bunu BMT Baş Assambleyasının 75-ci Prezidenti, Türkiyənin 2014-15; 2015-16-cı illərdə Avropa İttifaqı naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü Volkan Bozkır X Qlobal Bakı Forumu çərçivəsində “Meqatəhdidlər dövrü: İqlim təhlükəsizliyi; Qida təhlükəsizliyi; Nüvə təhlükəsizliyi” mövzusunda keçirilən növbəti panel iclasa ünvanladığı videomüraciətində qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatına uğurlu şəkildə sədrlik edib:
“Buna öz məsələsi kimi yanaşdı. Hesab edirəm ki, bu, davam etdirilməlidir”.