• Ca. Noy 28th, 2024

Volodimir Zelenski Azərbaycanın göstərdiyi humanitar yardıma görə təşəkkürünü bildirib – FOTO

ByYenigun.news

İyn 22, 2023


Azərbaycanın Ukraynada yeni təyin olunmuş səfiri Seymur Mərdəliyev etimadnaməsini Prezident Volodimir Zelenskiyə təqdim edib.

Ukraynanın Prezident Ofisinin saytında bildirilir ki, səfir Seymur Mərdəliyevi Ukraynada diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Volodimir Zelenski Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə ən səmimi təbriklərini çatdırıb və onların Kişineudakı son görüşlərinin məhsuldar keçdiyini, qarşılıqlı maraq doğuran bir çox məsələləri müzakirə edə bildiklərini qeyd edib: “Xüsusilə, biz Azərbaycanın İrpen şəhərinin bərpasında iştirakına razılaşdıq”.

“Bizim komandalarımız artıq bu sazişin həyata keçirilməsi üzərində işləyir. Bu, Ukraynanın müharibədən sonrakı bərpasına konkret töhfə olacaq”, – deyə dövlət başçısı vurğulayıb.

Ukrayna Prezidenti, həmçinin Rusiyanın təcavüzündən əziyyət çəkən ukraynalıların Azərbaycanda səmimi qəbuluna görə təşəkkür edib.

O, Rusiyanın silahlı təcavüzünün nəticələrinin, xüsusən də Rusiya Federasiyasının Kaxovka Su Elektrik Stansiyasında törətdiyi texnogen fəlakətin aradan qaldırılmasında Azərbaycanın göstərdiyi humanitar yardıma görə minnətdarlığını bildirib. Volodimir Zelenski Azərbaycanın Ukrayna sülh formulunun həyata keçirilməsində fəal iştirakına və Qlobal Sülh Sammitində iştirakına ümid etdiyini söyləyib.

Prezident Azərbaycan iş adamlarını indidən infrastruktur və enerji layihələrinin icrasına qoşulmağa dəvət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir