• C. Noy 29th, 2024

Xəzər dənizi məsələləri üzrə YSİQ-in növbəti iclası Azərbaycanda keçiriləcək

ByYenigun.news

Sen 13, 2023


11-13 sentyabr 2023-cü il tarixində Aşqabad şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) altıncı iclası keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, danışıqlarda Azərbaycan Respublikasının (rəhbəri – S.A. Şərifov), İran İslam Respublikasının (rəhbəri – A.Cahangiri), Qazaxıstan Respublikasının (rəhbəri – Z.Amanjolova), Rusiya Federasiyasının (rəhbəri – M.İ.Petrakov) və Türkmənistan Respublikasının (rəhbəri – M.G.Atacanov) nümayəndə heyətləri iştirak ediblər.

İclasa Türkmənistanın nümayəndə heyətinin rəhbəri M.G.Atacanov sədrlik edib. 

Tərəflər Xəzər dənizində düz çıxış xətlərinin müəyyən edilməsinin metodikası üzrə Saziş layihəsinin müddəalarını müzakirə edib, habelə layihənin bir sıra müddəalarını razılaşdırıblar. Sözügedən sənədin müzakirəsi YSİQ-in növbəti iclasında davam etdiriləcək. 

İclas zamanı həmçinin Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünə hazırlıq məsələləri müzakirə edilib. 

Nümayəndə heyətləri danışıqların nəticələrini müsbət qiymətləndirib və görüşün yüksək səviyyədə təşkil edilməsinə görə Türkmənistana minnətdarlıqlarını bildiriblər. 

Növbəti YSİQ iclası Azərbaycan Respublikasında baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir