• Ç. Okt 30th, 2024

X Qlobal Bakı Forumu: “Meqatəhdidlər dövrü: İqlim və Nüvə təhlükəsizliyi” mövzusunda iclas keçirilib

ByYenigun.news

Mar 9, 2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.

“Report”un xəbərinə görə, Forum çərçivəsində “Meqatəhdidlər dövrü: İqlim təhlükəsizliyi; Qida təhlükəsizliyi; Nüvə təhlükəsizliyi” mövzusunda növbəti panel iclası keçirilib.

İrqçilik əleyhinə Avropa Şəhərlər Koalisiyasının Prezidenti Benedetto Zaççirolinin moderatorluğu ilə keçirilən panel iclasında BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının böyük elmi işçisi İsmahan Eluafi, “Liberal International” təşkilatının Prezidenti; Mərakeşin 2013-2017-ci illərdə Ətraf Mühit naziri; Mərakeşin 2015-2017-ci illərdə İqlim Dəyişikliyi üzrə xüsusi nümayəndəsi Hakima El Haite, Qazaxıstan Respublikasının İnformasiya və Sosial İnkişaf naziri Darxan Kidirali, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Rumıniya Baş nazirinin dövlət müşaviri Laslo Borbeli, Monteneqronun 2010-2012-ci illərdə Baş naziri İqor Luksiç çıxış ediblər.

BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının böyük elmi işçisi İsmahan Eluafi çıxış edərkən qeyd edib ki, qida məhsullarının təhlükəsizliyi məsələsi çox vacibdir:

“Təəssüflər olsun ki, bu gün 850 milyondan artıq insan aclıq içərisində yaşayır. İqlim dəyişikliyi problemi də var. Maliyyə məsələsi də burada çox önəmlidir. Biz bu məsələləri Forumda açıq-aşkar qaldırırıq”.

Daha sonra çıxış edən Qazaxıstanın İnformasiya və Sosial İnkişaf naziri Darxan Kidirali isə bildirib ki, Qazaxıstan hər zaman sülhün tərəfindəndədir.

“Təəssüflər olsun ki, bu gün qida təhlükəsizliyi məsələsi də ortaya çıxıb”, nazir vurğulayıb.

Onun sözlərinə görə, dünyada hazırda bir çox təhlükələr yaşanmaqdadır:

“Bu yaxınlarda qardaş Türkiyədə zəlzələlər oldu. Həmin zəlzələ nəticəsində bir çox insanlar həyatını itirdi. Xəzər dənizində də bir çox təhlükələr var. Yaxın gələcəkdə Xəzərin suyunun 9-30 metr azalacağı gözlənilir. Bu da 5 ölkə üçün də təhlükədir”.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iqlim təhlükəsizliyi məsələsinə toxunub. O söyləyib ki, bu gün qlobal istiləşmə baş verir:

“Təbii ki, bu da su resurslarına öz təsirini göstərir”.

Nazir qeyd edib ki, Azərbaycanda hazırda daşqınlar daha çox olur: “Bu, reallıqdır. Əvvəllər isə bu hallar daha az olurdu”.

M.Babayev qeyd edib ki, hazırda azad edilən ərazilərdə artıq yenidənqurma işləri aparılır, “ağıllı şəhər”lər salınır, yaşıl texnologiyalar tətbiq olunur.

Panel iclası çıxışlarla davam etdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir