Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı Forumu start götürüb.
Tədbirdə dövlət başçıları, nazirlər, parlamentarilər, beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli şəxslər olmaqla ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.
Baku TV-yə açıqlamasında forumun əhəmiyyətindən danışan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı qeyd edib ki, Bakıda keçirilən Zirvə görüşləri qlobal məsələlərin müzakirə olunduğu ən vacib ortamlardan biridir.