Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq Xankəndi-Laçın yolunda keçirilən dinc aksiya ərazisində 20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsi anılıb.
“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, ekofəallar şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Ərazidə olan avtomobillər səs siqnalları verib, etirazçılar Azərbaycan xalqının başına gətirilən faciəni anıblar.
Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası qırx gündür davam edir.