Sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaq çəninin partlaması hadisənin motivlərinin hüquqi müstəvidə araşdırılmasını tələb edir.
Böyük bir ehtimalla Azərbaycanın hüquq-mühafizə orqanları və güc strukturları baş vermiş partlayışın səbəblərini – onun bilərəkdən və ya ehtiyatsızlıqdan törədilməsini təhqiqat predmeti edirlər.
Azərbaycan ərazilərini ermənilərin tərk etməsi fonunda partlayış səsinin eşidilməsi diqqəti bir istiqamətə yönəldir.
Güman ki, Qarabağdakı erməni separatçıların töküntüləri Azərbaycanın hüquq mühakiməsinə veriləcəklərindən qorxub bu hadisənin sifarişçisinə çevriliblər.
Məqsəd belə ola bilər ki, Azərbaycanla Ermənistan arasında hava dəhlizi açılsın və onlar Qarabağa gələ biləcək tibbi məqsədli helikopterlərlə ölkəni tərk etsinlər.
Çünki onların “Laçın” sərhəd-buraxılış məntəqəsi vasitəsilə Ermənistana keçidi çətindir – yalnız Azərbaycan icazə versə, keçə bilərlər.
Hava dəhlizi isə belədir ki, humanitar-tibbi məqsədləri özündə ehtiva etdiyi üçün hava nəqliyyatı vasitəsilə qaçış planlaşdırılsın, hərçənd, bu, o qədər də asan məsələ deyil.
Azərbaycanın razılığı əsasında mülki statusda olan yaralılar hava yolu ilə Ermənistana gedə bilərlər, amma onların arasında gizlənən separatçıların ölkəni tərk etmək cəhdlərinə göz yumulmaz.
Ümumilikdə hadisənin baş verməsi Azərbaycanın nəticə əsaslı hərəkətlərini stimullaşdırır, belə ki, hadisədən sonra:
– Saatlı, Sabirabad və Ağdam xəstəxanaları zərərçəkənlərin kütləvi qəbulu məqsədilə sürətlə hazırlanıb, xəstələri qəbul etmək üçün Bakıdan briqadalar göndərilib,
– Lakin son anda Qarabağ ermənilərinin nümayəndələri mərkəzi hakimiyyət orqanlarının köməyindən imtina ediblər,
– Buna baxmayaraq, dünən Xankəndiyə lazımi dərmanların operativ şəkildə çatdırılması təmin edilib və bu istiqamətdə tədbirlər bu gün də davam etdirilir,
– Azərbaycan humanitar vəziyyətin yüngülləşdirilməsi üçün Ermənistandan hava yolu ilə tibbi briqadaların gətirilməsinə icazə verib.
Nəticə olaraq deyə bilərik ki:
– Hadisə Azərbaycanın hüquq-mühafizə sisteminin Xankəndidə qurulmasına şərait yaradır,
– Azərbaycan separatçılarla mülki insanların fərqlərini aydınlaşdıran siyahı hazırlayır.
Aqşin Kərimov