Baku TV-nin əməkdaşı Gülnar Muradovanın budəfəki araşdırma mövzusu Xankəndinin tarixi olub.
Jurnalist AMEA-nın Tarix İnstitutunun dosenti Mübariz Ağalarlı ilə ermənilərin Rusiya tərəfindən buraya köçürülməsi və onlara verilən vədləri müzakirə edib.
M.Ağalarlı qeyd edib ki, 1813-cü ilə qədər Xankəndi ərazisində demək olar ki, ermənilər yaşamayıblar:
“1847-ci ilin statistik məlumatlarına görə, artıq Xankəndidə əhalinin 8,4 faizi ermənilər idi. Bir neçə il sonra isə bu faizi 34-ə qədər gətirib çatdırmışdılar. Rusların burada hərbi qərargahı da var idi. Şəhəri hərbi mərkəzə çevirmişdilər”.
Dosent Xankəndidəki “Biz və bizim dağlar” abidəsinin Qarabağ ermənilərinin “simvol”una çevrilməsindən də bəhs edib:
“O vaxtı bu abidəyə Azərbaycan rəhbərliyi etiraz etdi. Bildirdilər ki, bu, “Nənə və baba” abidəsi ola bilməz. Emənilər Moskvadakı havadarlarının vasitəsilə abidəni inşa etdilər, lakin adını dəyişdilər. Bunu da belə izah etdilər ki, guya burada uzunömürlü insanlar yaşayır və “nənə və baba” da bunu simvolizə edir”.
Ətraflı süjetdə: