• Ca. Sen 25th, 2025

Xankəndinin erməni sakini: “Azərbaycanlılarla heç bir problem yaşamamışam”

ByYenigun.news

Sen 25, 2023


“Xankəndidə yaşayırdım. İşıqlarımız yox idi, sağ olsunlar, dünən verildi”.

“Report”un Laçına ezam olunan əməkdaşının xəbərinə görə, bunu Qarabağın erməniəsilli sakini Valodya Stepanyan deyib.

O, yenidən Xankəndiyə qayıtmaq haqda qərar vermədiyini söyləyib:

“63 yaşım var, tək adamam. Qayıtmaq haqqında hələ ki konkret qərar verməmişəm”.

O bildirib ki, vaxtilə azərbaycanlılarla bir yerdə işləyib:

“O vaxt bizim rəis Nəzir Dadaşov idi, çox yaxşılıq edib mənə. Sizinlə problem yaşamamışam”.