• Be. İyl 14th, 2025

Xaricdəki seçki dairələrinin siyahısı təsdiqləndi

ByYenigun.news

Yan 9, 2024


Növbədənkənar prezident seçkisi ilə əlaqədar xarici ölkələrdəki seçki dairələrinin siyahısı təsdiqlənib. 

Oxu.Az-ın məlumatına əsasən, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədr müavini Rövzət Qasımov bildirib.

“Xarici İşlər Nazirliyi növbədənkənar prezident seçkisində xaricdə yaşayan seçicilərin siyahısını artıq Mərkəzi Seçki Komissiyasına təqdim edib”, – deyə o əlavə edib. 

Azərbaycanda 2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkisi keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir