• Ca. Avq 21st, 2025

Xarici diplomatların Gəncəyə səfəri başlayıb – FOTO

ByYenigun.news

Okt 17, 2022

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Gəncə şəhərinə səfəri başlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, səfər Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilmiş terror hadisələrinin qurbanlarının anım tədbirində iştirak etmək məqsədi daşıyır.

Anım tədbirinə diplomatlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Baş Prokurorluğun nümayəndələri, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi qatılacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir