“Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin sifarişi əsasında bu ilin sonuna qədər 23 binadan ibarət 450 mənzil istifadəyə veriləcək”.
Bunu “Report”un Şuşaya ezam olunmuş əməkdaşının sualını cavablandırarkən Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin Mənzil-Kommunal Təmir Xidmətinin direktoru Nicat İsgəndərov deyib.
Onun sözlərinə görə, görülən işlərlə paralel olaraq məktəb, xəstəxana, hotel və digər iaşə obyektlərinin tikintisinə də başlanılıb:
“Xidmət olaraq şəhərdə tarixi-mədəni abidələrin qorunması, şəhəriçi yolların, parkların, xiyabanların təmizlənməsi işləri intensiv aparılır. Eyni zamanda Şuşada ağacların, kolların budanma işləri də görülür”.