• C. Noy 22nd, 2024

XİN başçısının müavini: “Mərakeş Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir”

ByYenigun.news

İyl 31, 2023


“Mərakeş Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edir və bu mövqeyini beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində nümayiş etdirir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Mərakeşin dövlət bayramı – Kral VI Məhəmmədin taxta çıxmasının ildönümü münasibətilə Bakıda keçirilən tədbirdə deyib.

“Artıq həll olunmuş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Mərakeşin mövqeyi, o cümlədən 44 günlük Vətən müharibəsi dövründə Mərakeşin İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində göstərdiyi dəstək və tutduğu ədalətli mövqe xalqımız və hökumətimiz tərəfindən yüksək qiymətləndirilir”, – nazir müavini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir