“Ermənistanın etnik nifrət və çağırışları bu gün də dövlət səviyyəsində davam etdirilir”.
APA xəbər verir ki, bunu xarici işlər nazir müavini Elnur Məmmədov “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatının təqdimatı mərasimində çıxışında deyib.
O bildirib ki, Ermənistan hökumətinin rəsmiləri tərəfindən müxtəlif dövrlərdə səsləndirilən irqçi fikirlərə rast gəlmək olar:
“Təəssüflər olsun ki, bu gün də o fikirlər yayılır. Azərbaycanlılara qarşı zorakı çağırış edənlərin nə fəaliyyəti qadağan edilib, nə də cəzalandırılıb. Əksinə, Ermənistan hökuməti tərəfindən onlara dəstək verilib. Halbuki Ermənistan qanunvericiliyində bu kimi şüarları səsləndirənlər məsuliyyətə cəlb edilə bilərlər. Lakin Ermənistan bu fikirlərə “söz azadlığı” donu geyindirib”, – deyə Elnur Məmmədov bildirib.