“Azərbaycan Ordusu Qarabağda lokal antiterror tədbirləri zamanı yüksək peşəkarlıq göstərərək ancaq hərbi hədəfləri məhv edib.
APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, heç bir yaşayış məntəqəsinə zərər vurulmayıb:
“Ermənistan silahlı qüvvələrinin birləşmələri bir gün davam edən lokal aniterror tədbirlərinin nəticəsində tələblərimizi qəbul etməyə məcbur oldular”.