• Ca. Noy 28th, 2024

XİN rəhbəri: “Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının tərəfdarıdır”

ByYenigun.news

İyn 7, 2022

“Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının tərəfdarıdır”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə müsahibəsində bildirib.

O, 44 günlük müharibədən və Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra region ölkələri arasında münasibətlərin normallaşması üçün yaxşı imkanların olduğunu vurğulayıb.

“Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına tərəfdar olduğunu ən yüksək səviyyədə ifadə edib. Biz Türkiyə və Ermənistanın xüsusi nümayəndələr təyin etməsini, həmçinin onların həyata keçirdiyi üç görüşü çox müsbət hal hesab edirik. Ankara və Bakı İrəvana açıq şəkildə deyir ki, bizim Ermənistanla heç bir problemimiz yoxdur, bu ölkə ilə normal qonşuluq münasibətlərinin qurulmasının tərəfdarıyıq və əgər Ermənistan müvafiq addımlar atsa, beynəlxalq hüquqa hörmət etsə, regional reallıqları düzgün dərk etsə, bu yolda yaxşı nəticələr əldə etmək mümkün olacaq”, – deyə XİN rəhbəri qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir