“Türkiyədə zəlzələ bölgəsində yaşayan azərbaycanlı tələbələrimiz var”.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, zəlzələ baş verən kimi Prezident İlham Əliyevin göstərişi ilə xilasesicilərimiz oraya göndəriıib:
“Bir çox ölkələr dəstək göndərsə də, ilk və böyük həcmli dəstək bizim ölkədən olub. Azərbaycan xilasediciləri tərəfindən 50-dən artıq insan sağ çıxarılıb. Səfirliyimiz və Baş konsulluğumuzun vasitəsilə orada yaşayan şəxslərlə əlaqə qurulub, təxliyə edilmişdi. Müraciət edənlərin təxliyəsi təşkil edilib. Axtarışlar hələ də davam edir”.
İlhamə Əbülfət