• C. Dek 26th, 2025

XİN rəsmisi: “Azaraq itkin düşən hər iki əsgərimiz ermənilər tərəfindən işgəncələrə məruz qalıb” – FOTO

Byadmin

Apr 13, 2023


“Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən Azərbaycan Ordusunun 2 əsgəri Ermənistan tərəfindən saxlanılıb”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə “Twitter” hesabında yazıb.

“Onlar şiddətli şəkildə döyülüb və işgəncələrə məruz qalıblar. Bu cür pis rəftar tamamilə qəbuledilməzdir və beynəlxalq səviyyədə pislənməlidir!”, – o bildirib.