• Bz. Dek 21st, 2025

XIN sözçüsü: “Fransız nazirin saxta “blokada” iddiaları sülhə xidmət etmir” – FOTO

Byadmin

Okt 3, 2023


“Ermənistanda keçirdiyi görüşlərdə Fransa xarici işlər naziri Katrin Kolonnanın saxta “blokada” və “məcburi köçkün” iddiaları sülhə xidmət etmir”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə “X” sosial şəbəkə hesabında yazıb.

“Onun “Fransa hər zaman Ermənistanın yanındadır” ifadəsi nəhayət ki, Fransanın vicdanlı broker və neytral vasitəçi olmaq iddiaları üzərindəki bütün maskaları yırtdı”, – deyə XİN sözçüsü bildirib.