• Ç. Noy 27th, 2024

Xorvatiyanın eks-prezidenti: “Ukraynadakı müharibənin genişlənmək ehtimalı var”

ByYenigun.news

İyn 16, 2022

“Ukraynadakı müharibənin genişlənmək və böyümək ehtimalı var”.

“Report” xəbər verir ki, bunu Xorvatiyanın eks-prezidenti Kolinda Qrabar-Kitaroviç IX Qlobal Bakı Forumunda deyib.

Sabiq dövlət başçısı bildirib ki, bu münaqişə Rusiyaya qarşı münasibəti müəyyənləşdirəcək:

“Eyni zamanda, Rusiya ilə sülhlə bağlı dialoqu davam etdirmək lazımdır. Bizim vəzifəmiz Rusiya ilə müharibəyə başlamadan Ukraynanı qorumaqdır. Heç kəs Rusiya ilə müharibə aparmağı və bu münaqişənin başqa regionlara yayılmasını istəmir”.

Onun sözlərinə görə, enerji resurslarının qiymətləri artır və hazırda enerji böhranı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir