“Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənilməsinə başlandığından indiyə kimi (may ayının birinə kimi) 573 milyon ton neft hasil edilib”.
APA xəbər verir ki, bunu 28-ci Bakı Enerji Forumu zamanı SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
Onun sözlərinə görə, indiyədək yataqlar blokundan 208 milyard kubmetr qaz hasil edilib.
Xoşbəxt Yusifzadə, qeyd edib ki, indiyədək AÇG-də hasil edilən neftin 340 milyon tondan çoxu Azərbaycanın mənfəət neftinin payına düşüb.
Birinci vitse-prezident onu da əlavə edib ki, indiyədək Azərbaycanda hasil edilən 654 milyon ton neftin 484 milyon tonu (75%-i) Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə dünya bazarlarına çıxarılıb.