• Be. Noy 25th, 2024

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları Zəfər parkında olublar – FOTO

ByYenigun.news

Sen 27, 2023


Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları 27 sentyabr – Anım Günü ilə əlaqədar Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.

Bu barədə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, qurumun rəisi İlqar Musayev və xidmətin digər əməkdaşları xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini yad ediblər.

Vətən müharibəsinin başladığı gün – 27 sentyabr – müzəffər Ali Baş Komandan İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır və onların xatirəsini əziz tuturlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir