Prezident İlham Əliyev Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin strukturunda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
President.az-ın xəbərinə görə, fərmanla Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1374) ilə təsdiq edilmiş Əlavə 2 – “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin strukturu”nda dəyişikliklər təsdiq edilib.
Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.