• Ç. Okt 30th, 2024

Yaponiya səfirliyi Azərbaycan səfirliyində baş vermiş terror aktı ilə əlaqədar başsağlığı verib

ByYenigun.news

Yan 27, 2023

Yaponiyanın Azərbaycandakı səfirliyi ölkəmizin İrandakı səfirliyində baş vermiş terror aktı ilə bağlı başsağlığı verib.

Bu barədə diplomatik nümayəndəliyin sosial şəbəkə səhifəsində məlumat verilib.

“Yaponiyanın Azərbaycandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyində baş vermiş dəhşətli hadisə nəticəsində həlak olmuş və yaralanmış şəxslərin ailə üzvlərinə və Xarici İşlər Nazirliyindəki həmkarlarına başsağlığını çatdırır, xəsarət alanların tezliklə sağalmasını arzu edir”, – paylaşımda deyilir.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir