“Azərbaycan və Ermənistanın danışıqlar yolu ilə regionda sülhə nail olacağına inanıram”.
Bunu Yaponiyanın BMT-dəki daimi nümayəndəsi Kimihiro İşikane “Report”un ABŞ bürosunun bu gün BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı keçiriləcəyi iclasla bağlı sualını cavablandırarkən deyib.
“Bu məsələ olduqca həssasdır və düşünürəm ki, iclası gözləyib nəticələr barəsində daha sonra danışmalıyıq. İclasda Yaponiyanın xarici işlər naziri Yoko Kamikava da çıxış edəcək. Biz yeganə çıxış yolunu sülh danışıqlarında görürük”, – K.İşikane bildirib.