• Ç. Noy 27th, 2024

Yazıçı Nasixa Kenjina: “Sanki bu cəhənnəmi Azərbaycan xalqı ilə birlikdə keçmişəm” – MÜSAHİBƏ

ByYenigun.news

Apr 20, 2022

Qazax yazıçısı, Azərbaycan haqqında “Bakı qazax qadınının gözü ilə”, “Uşaqlar – müharibənin, soyqırımının, terrorun, zorakılığın, yanğının qurbanları…”, “Qarabağ. Evə doğru uzun yol” kimi kitabların müəllifi olan Nasixa Kenjina bu günlərdə Bakıdadır.

Yazıçı artıq işğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşaya səfər edib.

Oxu.Az-a müsahibə verən Nasixa Kenjina səfər təəssüratlarını bölüşüb, Azərbaycana niyə maraq göstərdiyini və nə vaxtdan etibarən Qarabağ münaqişəsi ilə bağlı kitablar yazmağa başladığından danışıb:

– Təbii ki, mən Qarabağ münaqişəsi artıq alovlanmağa başlayandan onun haqqında məlumatlı idim. 2017-ci ildə isə ilk dəfə Azərbaycana gəldim, çoxları mənə möhtəşəm Bakını görməyi tövsiyə edirdi. Bir neçə gün burada qaldım, insanlarla söhbət etdim, Qarabağ haqqında soruşurdum. Hələ sovet dönəmində yurd-yuvasından didərgin salınan insanlarla görüşmüşdük. Onlar mənə bir çox məsələlər haqqında məlumat vermişdilər. Amma ən böyük emosional sarsıntını 2017-ci ildə iki yaşlı Zəhra Quliyevanın ölümündən xəbər tutandan sonra yaşadım.

(2017-ci ilin iyulunda Ermənistan ordusunun açdığı atəş nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və 2015-ci il təvəllüdlü Zəhra Quliyeva həlak olublar – red.)

Bu hadisədən sonra daxilimdə hər şey alt-üst oldu. Faciədən xəbər tutduğum həmin gecə şeir yazdım. Bu dözülməz dərəcədə çətin idi, amma sözlərin özü kağıza yazılırdı. Bundan sonra Qarabağdakı vəziyyəti daha diqqətlə izləməyə başladım. 2020-ci ilin payızında Vətən Müharibəsi başlayanda mən 44 gün yalnız o hadisələrin ab-havasında yaşayırdım, dua edirdim və işğal olunmuş torpaqların azad ediləcəyinə inanırdım.

Bizim gələcək nəsillərimiz – övladlarımız, nəvələrimiz Birinci Qarabağ müharibəsi zamanı baş verənləri, Azərbaycanın 30 ilə yaxın erməni işğalından sonra torpaqlarını necə azad etdiyini mütləq bilməlidirlər.

Mən o vaxta qədər artıq “Bakı qazax qadınının gözü ilə”, “Uşaqlar – müharibənin, soyqırımın, terrorun, zorakılığın, yanğının qurbanları…” (Xocalı faciəsi haqqında) kitablarını yazmışdım.

Nəhayət sonuncu “Qarabağ. Evə doğru uzun yol” kitabı işıq üzü gördü. Mən bu əsəri Şuşa şəhərinin işğaldan azad edildiyi gündən etibarən yazmağa başladım.

– İndi isə işğaldan azad edilmiş Şuşanı ziyarət etmisiniz…

– Bəli, ilk dəfə Şuşaya səfərə getdim. Bilirsiniz, biz Zəfər yolu ilə gedəndə məndə belə bir hiss var idi ki, sanki 30 il əvvəl şəhəri tərk etmək məcburiyyətində qalmışdım, hər şeyimi itirmişdim, indi isə işğaldan azad edilmiş Şuşaya qayıdıram. Hiss edirdim ki, bütün bu cəhənnəmi Azərbaycan xalqı ilə birlikdə keçmişəm. Çox narahat oldum, göz yaşı axıtdım.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir