• Ça. Yan 21st, 2025

Yekun mərhələ: Blinken bu gün yenidən Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşəcək

ByYenigun.news

May 4, 2023


ABŞ-nin Dövlət katibi Antoni Blinken bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar aparacaq.

ABŞ Dövlət Departamentinin məlumatında görüşün keçiriləcəyi barədə məlumat yerləşdirilib.

Vaşinqtonda keçiriləcək görüşün ABŞ-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh danışıqlarının yekun mərhələsi olacağı qeyd edilir.

Qeyd edək ki, mayın 1-də ABŞ-də Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-nin Dövlət katibi Antoni Blinken arasında üçtərəfli görüş keçirilib. Bundan sonra Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində iki ölkənin XİN rəhbərinin ikitərəfli görüşü keçirilib. Mayın 2-də danışıqlar ikitərəfli formatda davam etdirilib. Mayın 3-də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə xarici işlər nazirləri arasında növbəti görüş keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir