ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim Rusiya Qızıl Xaç Cəmiyyətinin yardımının Xankəndiyə çatdırılmasına münasibət bildirib.
O, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb:
“İlk vacib addım atıldı. İndi isə eyni zamanda həm Ağdam, həm də Laçın yolunu Beynəlxalq Qızıl Xaç Komitəsi, bu vasitə ilə də sabit siyasi dialoq üçün açmaq lazımdır”.