• Bz. Sen 21st, 2025

“Yuventus” UEFA Konfrans Liqasından kənarda qala bilər

ByYenigun.news

İyl 28, 2023


Bu gün Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) İtaliyanın “Yuventus” klubu haqqında qərar çıxaracaq.

Bu barədə İtaliya mətbuatı xəbər verir.

Belə ki, əgər İtalyan klubunun UEFA-nın lisenziya və maliyyə tələblərini pozduğu təsdiq edilərsə, “Qoca senyora” cari mövsüm UEFA Konfrans Liqasında iştirak edə bilməyəcək.

“Yuventus”u turnirdə A seriyasını səkkizinci pillədə tamamlayan “Fiorentina”nın əvəzləyəcəyi bildirilir.

Mənbə: Fiorentinanews