• Be. Noy 25th, 2024

Zəfər salnaməsinin zirvəsi: Şuşa döyüşləri – VİDEO

ByYenigun.news

Noy 8, 2022

Tarix hər zaman kimin haqlı, kimin haqsız olduğunu sübut edir. 2 il bundan əvvəl Ermənistanın təxribatlarına qarşı Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımız azad edildi.

Qələbənin yekun nəticəsi olaraq şanlı bayrağımız əzəmətli Şuşa qalasında yenidən dalğalanmağa başladı və Şuşa döyüşləri dünya siyasət və hərb tarixinə qızıl hərflərlə yazıldı.
Vətən müharibəsi iştirakçısı Şəmsəddin Qurbanov Şuşa əməliyyatından danışarkən qeyd edib ki, hərbçilərimiz şəhərə çatana qədər 96 km yolu piyada qət edib.

Azərbaycan Ordusu Şuşanı ağır artilleriya olmadan, tapança və bıçaqlardan istifadə edərək, əlbəyaxa döyüşlərlə azad edib. Düşmənin ağlına belə gəlmirdi ki, hərbçilərimiz aşılması çətin olan sıldırım qayaları dırmaşıb, döyüşlərə başlayacaq.

Hərbçilərimiz ilkin mərhələdə düşməni zərərsizləşdirdikdən sonra şəhərə daxil olub və əlbəyaxa küçə döyüşləri başlayıb. Çoxsaylı itkilərə məruz qalan Ermənistan silahlı qüvvələri günortadan sonra tam şəkildə şəhərdən çıxarılıb. Düşmən şəhərə nəzarəti yenidən bərpa etmək üçün əks-hücuma keçsə də, ordumuzun ciddi müqaviməti nəticəsində geri çəkilib. Bununla da Şuşanın işğaldan azad edilməsi müharibənin taleyini həll edib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir