• Şb. Noy 23rd, 2024

Zahid Oruc: “Azərbaycan etnik-milli və dini tolerantlıqla bağlı qlobal reytinqdə ön sıradadır”

ByYenigun.news

Okt 30, 2023


“Azərbaycan etnik-milli və dini tolerantlıqla bağlı qlobal reytinqdə ön sıradadır”.

“Report”un xəbərinə görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Bakıda keçirilən “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat”ın təqdimatında deyib.

Onun sözlərinə görə, “İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyası” ölkəmizlə bağlı dövri hesabatda qeyd edir ki, burada heç zaman irqi-milli, dini əsaslı cinayətlər olmayıb:

“Hətta otuzillik işğal dövründə, ermənilərə qarşı münasibətlə bağlı, “Azərbaycanda əhəmiyyətli tolerantlıq mövcuddur”. Bəs nifrət dili ilə mübarizə necə olmalıdır? Müasir dövrdə bir sıra ölkələrdə nifrət dilini məhdudlaşdıran qanunvericilik mövcuddur”.

Sədr qeyd edib ki, Azərbaycanda ayrıca hüquqi akt olmasa da, nifrət cinayətlərinə aid əməllərlə ciddi mübarizə aparılır:

“Ölkəmizdə milli-dini-irqi ayrı-seçkiliyə görə qanunverici əsaslar mövcuddur. Ümumdünya İnsan Haqları Bəyannaməsinin 19-cu maddəsi hər kəsin fikir və ifadə azadlığını tanısa da, nifrət təhriki qadağan olunur. Habelə BMT çərçivəsində nifrət nitqinə qarşı qəbul edilən “Rabat Fəaliyyət Planı” da əhəmiyyətli hüquqi platformadır. Hər il 18 iyun-nifrət dili ilə mübarizə günüdür”.

Z.Oruc vurğulayıb ki, “Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndidə bayrağı ucaldarkən ermənilərlə ayrı-seçkilik və diskriminasiya olmayan birgəyaşayış tarixindən, sovet Qarabağının ortaq idarəçiliyindən, yaşlı nəslin xatirələrini gənclərə ötürüb cəmiyyətləri sülhə hazırlamasından danışdı, “Füzuli günləri”ndə çıxış edərkən “biz Zəngəzura sülh yolu ilə qayıdacağıq” dedi, uzaq paytaxtlara səslənərək “regionumuzdan əlinizi çəkin” söyləməklə bütövlükdə Cənubi Qafqazın lideri kimi bütün xalqlara sülh gətirməkdə maraqlı olduğunu nümayiş etdirdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir