• Ç. Dek 17th, 2025

Zakir Həsənov Eskişehirdə uçuş tədris ilinin açılış mərasimində iştirak edib – VİDEO

Byadmin

Sen 1, 2023


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Yaşar Gülərlə birlikdə Eskişehirdəki 1-ci Baş Reaktiv Baza Komandanlığında 2023-24-cü uçuş tədris ilinin açılış mərasimində iştirak edib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Açılış mərasimində çıxış edən Yaşar Gülər türk ordusunun terrorçulara qarşı uğurlu əməliyyatlar keçirdiyini vurğulayıb:

“Ordu eynilə Kipr, Azərbaycan, Liviya, Kosovo, Bosniya və Herseqovina, Qətər, Somali və bir çox başqa ölkələrdəki qardaş, dost və müttəfiq ölkələrin haqlı işlərinə dəstək verir”.