• Şb. Sen 6th, 2025

Zakir Həsənov İran Ordusunun Baş Qərargah rəisi ilə telefonla danışıb

ByYenigun.news

Okt 3, 2022

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.