“Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NEWS.ru-nun Ermənistanla bağlı sualını cavablandırarkən deyib.
Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yayımlanır.
Zaxarovanın sözlərinə görə, Qərb Ermənistan kimi ölkələrə iqtisadi, sosial və digər layihələrlə nüfuz edərək onların “qanını sovurur, əsrlərdən gələn adət-ənənələri, yaşam tərzini dəyişir”.
XİN rəsmisi vurğulayıb ki, Qərbin fəaliyyəti heç də onun nüfuz etdiyi ölkənin maraqlarına xidmət etmir, əhalinin rifahına səbəb olmur.